main-post-cover

    Lenovo iki ekranlı Yoga Book 9 13IMU9 noutbukunu təqdim edib

    Cihazlar+
    16.02.2024
    Emil Nəcəfov
         Lenovo şirkəti Yoga Book 9 13IMU9 adlı yeni qeyri-adi noutbukunu təqdim edib. Bu noutbukun əsas fərqləndirici özəlliyi ondadır ki, o, iki ədəd sensorlu ekrana sahibdir. Noutbuk özündə 60 Hz-lik təsvir yenilənməsinə sahib 2.8K keyfiyyətli 13.3 düym ölçülü iki ədəd OLED ekranı birləşdirir. Hər iki ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir. Ekranlar həmçinin Lenovo Digital Pen 3 stilusu ilə çalışma imkanını da dəstəkləyirlər. Noutbukda fiziki klaviatura olmadığı üçün Yoga Book 9 KB adlı Bluetooth klaviaturadan istifadə etmək olar.
         Onu ekranlardan birinin üzərində yerləşdirmək mümkündür. Yoga Book 9 13IMU9 noutbuku Intel Core Ultra 7 155U prosessorları vasitəsilə çalışır və özündə inteqrasiya edilmiş Intel GPU qrafikasını birləşdirir. Bununla yanaşı noutbuk 32 GB-a kimi LPDDR5 standartlı RAM-a və 1 TB-a kimi SSD-yə sahibdir. Noutbukun sahib olduğu 80 vatt saat həcmli batareya onun 9 saat ərzində çalışmasına imkan verir. Noutbuk 3 ədəd USB Type-C girişini (Thunderbolt 4, USB4 və DisplayPort 2.1) əldə edib. Lenovo Yoga Book 9 13IMU9 noutbukunun nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində məlumat verilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Lenovo-nun şəffaf ekranlı qeyri-adi noutbukunun yeni keyfiyyətli render fotosu təqdim edilib
    lenovo-nun-seffaf-ekranli-qeyri-adi-noutbukunun-yeni-keyfiyyetli-render-fotosu-teqdim-edilib
    Lenovo Tab Plus adlı yeni planşetinin təqdimatına hazırlaşır
    lenovo-tab-plus-adli-yeni-plansetinin-teqdimatina-hazirlasir
    Lenovo şəffaf ekrana sahib qeyri-adi noutbukunu təqdim etməyə hazırlaşır
    lenovo-seffaf-ekrana-sahib-qeyri-adi-noutbukunu-teqdim-etmeye-hazirlasir
    Lenovo ThinkVision P32pz-30 monitoru təqdim edilib - QİYMƏTİ
    lenovo-thinkvision-p32pz-30-monitoru-teqdim-edilib-qiymeti
    Lenovo M20 5G planşeti təqdim edilib - QİYMƏTİ
    lenovo-m20-5g-planseti-teqdim-edilib-qiymeti