Logo
    main-post-cover

    Lenovo iki yeni rollable noutbuk konseptini təqdim etdi

    Cihazlar+
    07.01.2026
    Sevinc
        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, CES 2026 sərgisində Lenovo iki yeni rollable (açılıb-genişlənən) konsept noutbukunu nümayiş etdirdi. Şirkət bu dəfə biri biznes, digəri isə oyunçular üçün nəzərdə tutulmuş iki fərqli prototip təqdim edib: ThinkPad Rollable XD Concept Legion Pro Rollable Concept.
    lenovo's two rollable concept laptops at ces 2026
        Dünyada ilk rollable noutbuku bazara çıxarmasından cəmi altı ay sonra Lenovo bu texnologiyanı daha da irəli aparmağa qərar verib. Yeni konsept modellər elastik OLED ekranlardan istifadə edir. Bu panellər həm çox nazikdir, həm də qatlanıb-açılmağa imkan verdiyi üçün dizayna ciddi azadlıq yaradır. Biznes seqmentinə fokuslanan ThinkPad Rollable XD Concept şaquli istiqamətdə böyüyən ekran təklif edir. Bu isə eyni anda daha çox sənəd, cədvəl və ya brauzer pəncərəsi ilə işləməyi asanlaşdırır. Oyunçular üçün hazırlanan Legion Pro Rollable Concept isə ekranın üfüqi istiqamətdə genişlənməsi ilə seçilir. Bu da oyunlarda daha immersiv görüntü və geniş baxış bucağı deməkdir.
        Hər iki cihaz hazırda yalnız prototip olsa da, Lenovo nümayəndələrinin sözlərinə görə, artıq kifayət qədər yetkin görünürlər. Şirkət əsasən davamlılıq və mexaniki dayanıqlıq üzərində əlavə testlər aparılmalı olduğunu bildirir. CES 2026-da bu modelləri sınaqdan keçirən jurnalistlər isə noutbukların real istifadədə gözlənildiyi kimi işlədiyini və vizual olaraq olduqca təsirli göründüyünü vurğulayır.
    Paylaş