Lenovo Lecoo K2739GQL gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
20.06.2024
Emil
Lenovo şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Lenovo Lecoo K2739GQL adlanır. Beləliklə Lenovo-nun bu yeni gaming monitoru 360 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 27 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir və o, 10 bit-lik rəngləri dəstəkləyir. Üstəlik ekran sRGB rəng diapazonunun 134.44%-ni və DCI-P3 rəng diapazonunun 101.21%-ni əhatə edir. Ekranın istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4, USB-A 3.0, USB-B 3.0 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Lenovo Lecoo K2739GQL-in Çində satışlarına artıq start verilib və onun Çin bazarında qiyməti 689$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər
Cihazlar+
Lenogo Legion Go portativ oyun konsolunun sadələşdirilmiş versiyası hazırlanır
Lenovo şirkəti keçən ilin sentyabr ayında özünün Legion brendi altında portativ oyun konsolunu təqdim etmişdi. Söhbət, Lenovo Legion Go-dan gedir.
Cihazlar+
Lenovo şirkəti hərəkətli ekrana sahib planşet üzərində çalışır
Sammobile saytının vermiş olduğu məlumata əsasən Lenovo şirkəti gələn il hərəkətli ekrana sahib Android planşeti satışa çıxartmaq niyyətindədir.
Cihazlar+
Lenovo Legion Y7000 2024 gaming noutbuku təqdim edilib - QİYMƏTİ
Lenovo şirkəti Çində Legion Y7000 2024 adlı yeni gaming noutbukunu təqdim edib.
Cihazlar+
Snapdragon X Plus prosessoru vasitəsilə çalışacaq ilk noutbukun fotoları təqdim edilib
Lenovo şirkətinin hələ təqdim olunmamış Lenovo IdeaPad Slim 5 adlı yeni noutbukunun fotoları təqdim edilib.
Cihazlar+
Lenovo ThinkPad X1 Yoga 2024 noutbuku təqdim edilib - QİYMƏTİ
Lenovo şirkəti özünün ThinkPad noutbuk seriyasının yeni modelini təqdim edib. Şirkətin yeni noutbuku Lenovo ThinkPad X1 Yoga 2024 adlanır.
Ən çox oxunanlar