Logo
    main-post-cover

    Lenovo Legion 9i Gen 10 gaming noutbuku təqdim edilib

    Cihazlar+
    08.05.2025
    Emil
         Lenovo şirkəti Legion 9i Gen 10 adlı yeni gaming noutbukunu təqdim edib. Bu yeni gaming noutbuk ən son flaqman GeForce RTX videokartına sahib olması ilə seçilir. Beləliklə Lenovo Legion 9i Gen 10 noutbuku 18 düym ölçülü ekranla təchiz olunub. Ekran iki rejimdə çalışa bilir. Birinci rejim çərçivəsində 240 Hz-lik təsvir yenilənməsi və 4K görüntü keyfiyyəti, ikinci rejim çərçivəsində isə 440 Hz-lik təsvir yenilənməsi və Full HD görüntü keyfiyyəti təmin olunur.
         Bununla yanaşı ekran 3D görüntü keyfiyyətini də dəstəkləyir və bu halda xüsusi 3D eynəyin istifadəsini tələb etmir. Noutbuk Intel Core Ultra 9 275HX prosessoru vasitəsilə çalışır və özündə GeForce RTX 5090 videokartını birləşdirir. Potensial alıcı Lenovo Legion 9i Gen 10-a 192 GB-a kimi RAM-ı və 8 TB-a kimi SSD-ni quraşdıra bilər. Noutbukun batareya həcmi 99.99 vat-saat təşkil edir. O, Thunderbolt 5, USB 3.2 Gen 2, HDMI 2.1, Ethernet girişlərini və SD kart girişini əldə edib. Lenovo Legion 9i Gen 10-un bu ilin payız fəslində satışa çıxacağı gözlənilir. Onun hansı qiymətə satılacağı isə açıqlanmayıb.
    Paylaş