Logo
    main-post-cover

    Lenovo Legion Go 2 portativ oyun konsolu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    05.09.2025
    Emil
         Lenovo şirkəti bu ilin əvvəlində Lenovo Legion Go 2 adlı portativ oyun konsolunun prototipini sərgiləmişdi. İndi isə şirkət Berlində keçirilən IFA 2025 sərgisi çərçivəsində bu konsolun final versiyasını təqdim edib. Təqdim edilmiş Lenovo Legion Go 2 birinci nəsil Legion Go-dan texniki özəlliklər baxımından çox fərqlənir. Lenovo bu məsələyə diqqətlə yanaşıb və nəticədə yeni portativ oyun konsolu olduqca güclü olub. Beləliklə Lenovo Legion Go 2 konsolu 30 Hz-dən 144 Hz-ə kimi təsvir yenilənməsinə sahib 1920x1200 piksel keyfiyyətli 8.8 düym ölçülü OLED ekranla təchiz olunub.
         Ekranın parlaqlıq səviyyəsi 500 nit təşkil edir və o, DCI-P3 rəng diapazonunun 97%-ni əhatə edir. Konsolun gövdə qalınlığı gamepad-lar ilə birlikdə 42.25 mm, gamepad-lar olmadan 22.95 mm təşkil edir. Onun çəkisi isə gamepad-lar ilə birlikdə 920 qram, gamepad-lar olmadan isə 210 qram təşkil edir. Lenovo Legion Go 2 konsolu 2 versiyada təqdim edilib. Birinci versiya AMD Ryzen Z2 prosessoru vasitəsilə, ikinci versiya isə AMD Ryzen Z2 Extreme prosessoru vasitəsilə çalışır.
         Konsolun sahib olduğu qrafika isə RDNA 3.5 arxitekturası əsasında qurulub və özündə 16 hesablayıcı bloku birləşdirir. Portativ konsol LPDDR5X-8000 standartlı 16/32 GB RAM-ı və 2 TB-lıq SSD-ni əldə edib. Cihazın batareya həcmi 74 vatt-saat təşkil edir. Lenovo Legion Go 2 konsolu Wi-Fi 6EBluetooth 5.3 texnologiyalarının dəstəklərini, USB4 Type-C girişini, naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi və 2 vatt gücündə 2 ədəd səsgücləndiricini əldə edib. Cihaz Windows 11 vasitəsilə çalışır. Lenovo Legion Go 2 gələn ay satışa çıxacaq və onun qiyməti 1099$-dan start götürəcək.
    Paylaş