Logo
    main-post-cover

    Lenovo Legion Go S-in render fotoları və texniki imkanları ortaya çıxıb

    Cihazlar+
    25.12.2024
    Emil
         Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxdı ki, Lenovo şirkəti özünün Lenovo Legion Go adlı portativ oyun konsolunun bir qədər sadələşdirilmiş versiyasını təqdim etməyə hazırlaşır. Sadələşdirilmiş versiya Lenovo Legion Go S adlanmalıdır. Çox güman ki, şirkət bu yeni portativ oyun konsolunu 5 yanvar tarixində ABŞ-da start götürəcək CES 2025 sərgisi çərçivəsində təqdim edəcək. İndi isə internetdə Lenovo Legion Go S-in render fotoları və texniki göstəriciləri ortaya çıxıb.
         Ortaya çıxmış məlumatlara əsasən Lenovo-nun bu portativ oyun konsolu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1200 piksel keyfiyyətli 8 düym ölçülü ekranla təchiz olunacaq və ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edəcək. Üstəlik ekran sRGB rəng diapazonunun 100%-ni əhatə edəcək. Məlumatda qeyd edilib ki, yeni portativ oyun konsolu Zen 3+ arxitekturası əsasında hazırlanmış 8 nüvəli AMD Ryzen Z2 Go hibrid prosessoru vasitəsilə çalışacaq və özündə Radeon 800M seriyasına daxil olan RDNA2 arxitekturalı qrafik çipi birləşdirəcək. Bundan əlavə olaraq Lenovo Legion Go S özündə LPDDR5X standartlı 16/32 GB daxili yaddaş həcmi ilə 512 GB/1 TB SSD-ni birləşdirəcək. Məlumata əsasən portativ oyun konsolu 55.5 vatt-saat həcmli batareya ilə təchiz olunacaq.
    Paylaş