Logo
    main-post-cover

    Lenovo Legion Go S-in render fotosu təqdim edilib

    Cihazlar+
    04.12.2024
    Emil
         Dünən məlum oldu ki, Lenovo şirkəti özünün Lenovo Legion Go adlı portativ oyun konsolunun daha büdcəli versiyası üzərində çalışır. Söhbət, Lenovo Legion Go S-dən gedir. İndi isə məşhur insayder Jez Corden hazırlanan bu yeni portativ oyun konsolunun render fotosunu təqdim edib. Beləliklə insayder Lenovo Legion Go S-in mövcudluğunu təsdiqləyib. Təqdim edilmiş fotoya əsasən bu yeni portativ oyun konsolu ağ gövdə rənginə və RGB işıqlandırmaya sahib olacaq.
         Bununla yanaşı cihaz özündə iki ədəd USB-C girişini, iki ədəd joystick-i, dairəvi şəkildə naviqasiya düyməsini və digər idarəetmə düymələrini birləşdirəcək. Lenovo Legion Go S-in texniki imkanları ilə bağlı dəqiq bir məlumat yoxdur. Lakin gözləntilərə əsasən o, Zen 3+ arxitekturalı prosessor əsasında çalışacaq və özündə RDNA 2 arxitekturalı qrafik çipi birləşdirəcək. Lenovo bu yeni portativ oyun konsolunu gələn ilin əvvəlində təqdim edə bilər.
    Paylaş
    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Lenovo Legion Go S-in render fotosu təqdim edilib | Technote