
Lenovo Legion Go S portativ oyun konsolu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
08.01.2025
Emil
Lenovo 2023-cü ilin ikinci yarısında Lenovo Legion Go adlı portativ oyun konsolunu təqdim etmişdi. İndi isə şirkət onun sadələşdirilmiş versiyası olan Lenovo Legion Go S-i təqdim edib. Bu yeni portativ oyun konsolunun əsas fərqləndirici tərəfi ondadır ki, o, SteamOS əməliyyat sisteminə sahib ilk kənar portativ oyun konsolu oldu. Nəticədə bu yeni oyun konsolu Steam Deck-in əsl rəqibi ola bilər. Bununla belə Lenovo Legion Go S-in Windows 11 vasitəsilə çalışan versiyası da satışa çıxacaq. Beləliklə Lenovo Legion Go S konsolu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1200 piksel keyfiyyətli 8 düym ölçülü ekranla təchiz olunub.

Konsol iki versiyada təqdim edilib. Birinci versiya AMD Ryzen Z1 Extreme prosessoru, ikinci versiya isə AMD Ryzen Z2 Go prosessoru vasitəsilə çalışır. Lenovo Legion Go S-in SteamOS vasitəsilə çalışan versiyası özündə 16 GB RAM ilə 512 GB/1 TB SSD-ni, Windows 11 vasitəsilə çalışan versiyası özündə 32 GB RAM ilə 1 TB-lıq SSD-ni birləşdirir. Konsolun batareya həcmi isə 55 vatt-saat təşkil edir və o, 65 vatt ghücündə şarj adapterinə sahibdir. Konsolun Windows 11 vasitəsilə çalışan versiyası artıq bu ay satışa çıxacaq və onun qiyməti 730$ təşkil edəcək. Lenovo Legion Go S-in SteamOS vasitəsilə çalışan versiyasına gəldikdə isə o, may ayında satışa çıxacaq və onun qiyməti 500$-dan start götürəcək.


Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Lenovo Yoga Tab Plus flaqman planşeti təqdim edilib - QİYMƏTİ
Lenovo şirkəti Lenovo Yoga Tab Plus adlı yeni flaqman planşetini təqdim edib. Sözügedən yeni planşet böyük ölçülü ekranı və flaqman prosessoru ilə seçilir.

Cihazlar+
Ekranı böyüdülə bilən Lenovo ThinkBook Plus Gen 6 Rollable noutbuku təqdim edilib - QİYMƏTİ
Lenovo şirkəti ekran ölçüsü böyüdülən noutbukunu təqdim edib. Sözügedən noutbuk Lenovo ThinkBook Plus Gen 6 Rollable adlanır.

Cihazlar+
Lenovo Legion Tab Gen 3 gaming planşeti təqdim edilib - QİYMƏTİ
Lenovo şirkəti yeni gaming noutbuk ilə yanaşı gaming planşetini də təqdim edib. Şirkətin yeni gaming planşeti Lenovo Legion Tab Gen 3 adlanır.

Cihazlar+
Lenovo Legion Pro 7i 16 Gen 10 gaming noutbuku təqdim edilib - QİYMƏTİ
Lenovo şirkəti Lenovo Legion Pro 7i 16 Gen 10 adlı yeni güclü gaming noutbukunu təqdim edib.

Cihazlar+
Büdcəli Lenovo Tab planşeti təqdim edilib - QİYMƏTİ
Lenovo şirkəti qlobal bazarda Lenovo Tab adlı yeni büdcəli planşetini təqdim edib. Bu yeni planşet böyük ölçülü ekranı və MediaTek Helio prosessorunu əldə edib.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
