
Lenovo Legion Pro 7i 16 Gen 10 gaming noutbuku təqdim edilib - QİYMƏTİ
Cihazlar+
08.01.2025
Emil
Lenovo şirkəti Lenovo Legion Pro 7i 16 Gen 10 adlı yeni güclü gaming noutbukunu təqdim edib. Bu yeni gaming noutbuku 240 Hz-lik təsvir yenilənməsinən sahib 2560x1600 piksel keyfiyyətli 16 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edir və üstəlik NVIDIA G-SYNC texnologiyasını dəstəkləyir. Noutbuk bir neçə versiyada təqdim edilib. Onlardan hər biri Intel prosessoru vasitəsilə çalışır.

İstifadəçi alış zamanı Intel Core Ultra 9 275HX-ə kimi prosessor seçimini edə bilər. Eyni hal həmçinin videokartı da əhatə edir. Belə ki, Lenovo Legion Pro 7i 16 Gen 10 noutbukunun versiyaları NVIDIA GeForce RTX videokartları ilə təchiz olunub və istifadəçi alış zamanı RTX 5090 Laptop-a kimi seçim edə bilər. Noutbuk həmçinin özündə DDR5-6400 standartlı 64 GB-a kimi RAM-ı və 2 TB-a kimi SSD-ni birləşdirir. Onun batareya həcmi isə 99.99 vatt-saat təşkil edir. Lenovo Legion Pro 7i 16 Gen 10 mart ayında satışa çıxacaq və onun qiyməti 2399$-dan start götürəcək.
Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
