main-post-cover

    Lenovo Legion R27qc-30 gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    12.08.2024
    Emil Nəcəfov
         Lenovo şirkəti özünün Legion brendi altında yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş monitor Lenovo Legion R27qc-30 adlanır. Beləliklə bu yeni monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 27 düym ölçülü VA ekranla təchiz olunub. Ekran sRGB rəng diapazonunun 99%-ni əhatə edir və onun istifadəçi əməliyyatlarına reaksiya müddəti 0.5 millisaniyə təşkil edir
         Ekran üstəlik AMD FreeSync texnologiyasının dəstəyinə sahibdir və istifadəçi gözləri üçün zərərli olan göy işığa aşağı səviyyədə sahib olduğunun sübutu kimi TÜV Rheinland sertifikatını özündə birləşdirir. Monitor HDMI, DisplayPort girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. Lenovo Legion R27qc-30 artıq Çin bazarında satışa çıxıb və onun qiyməti 195$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı isə bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Lenovo şirkəti Legion Go portativ oyun konsolunun kompakt ölçülü versiyası üzərində çalışır
    lenovo-sirketi-legion-go-portativ-oyun-konsolunun-kompakt-olculu-versiyasi-uzerinde-calisir
    Lenovo Legion R9000P 2024 gaming noutbuku təqdim edilib - QİYMƏTİ
    lenovo-legion-r9000p-2024-gaming-noutbuku-teqdim-edilib-qiymeti
    Lenovo qlobal bazarda Tab K11 Plus adlı yeni planşetini təqdim edib
    lenovo-qlobal-bazarda-tab-k11-plus-adli-yeni-plansetini-teqdim-edib
    Lenovo Lecoo K2739GQL gaming monitoru təqdim edilib - QİYMƏTİ
    lenovo-lecoo-k2739gql-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Lenogo Legion Go portativ oyun konsolunun sadələşdirilmiş versiyası hazırlanır
    lenogo-legion-go-portativ-oyun-konsolunun-sadelesdirilmis-versiyasi-hazirlanir