
Lenovo Legion R7000 2025 gaming noutbuku təqdim edilib - QİYMƏTİ
Lenovo şirkəti Legion R7000 2025 adlı yeni gaming noutbukunu təqdim edib. Bu yeni gaming noutbuku 180 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli 15.6 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir və o, sRGB rəng diapazonunun 100%-ni əhatə edir. Noutbuk AMD Ryzen 7 H 255 prosessoru vasitəsilə çalışır və özündə NVIDIA GeForce RTX 5050 videokartını birləşdirir. Bununla yanaşı noutbuk DDR5 standartlı 16 GB RAM-ı və 512 GB-lıq SSD-ni əldə edib. Noutbukun soyutma sistemi qismində 2 ədəd pər çıxış edir. Lenovo Legion R7000 2025 HDMI 2.1, USB-C, USB-A, LAN girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. Noutbukun batareya həcmi isə 60 vatt-saat təşkil edir. Lenovo Legion R7000 2025 artıq Çində satışa çıxıb və onun qiyməti 1044$ təşkil edir. Noutbukun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.


Paylaş