
Lenovo Legion R7000P (2025) gaming noutbuku təqdim edilib - QİYMƏTİ
Cihazlar+
26.05.2025
Emil
Lenovo şirkəti özünün Legion R7000P gaming noutbukunun yenilənmiş versiyasını təqdim edib. Lenovo Legion R7000P (2025) noutbuku AMD prosessoruna, NVIDIA videokartına və təkmilləşdirilmiş soyutma sisteminə sahib olması ilə seçilir. Beləliklə Lenovo Legion R7000P (2025) noutbuku 240 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli 16 düym ölçülü ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 3 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edir və özündə NVIDIA G-SYNC texnologiyasının dəstəyini birləşdirir.

Noutbuk iki versiyada təqdim edilib. Birinci versiya AMD Ryzen 9 8940HX prosessoru vasitəsilə, ikinci versiya isə Ryzen 9 8945HX prosessoru vasitəsilə çalışır. Hər iki versiyada NVIDIA GeForce RTX 5060 videokartı istifadə edilir. Noutbuk 16 GB RAM-ı və 1 TB-lıq SSD-ni əldə edib. Noutbukun soyutma sistemi qismində iki ədəd pər çıxış edir. Noutbuk özündə USB Type-A, USB Type-C, HDMI 2.1 və Ethernet girişlərini birləşdirir. Lenovo Legion R7000P (2025) artıq Çində satışa çıxıb. Noutbukun Ryzen 9 8940HX prosessorlu versiyası 1220$-a, Ryzen 9 8945HX prosessorlu versiyası isə 1260$-a satılır.
Paylaş
Ən çox oxunanlar

Honor 400 və Honor 400 Pro təqdim olunub - QİYMƏTİ
