
Lenovo Legion R9000P 2024 gaming noutbuku təqdim edilib - QİYMƏTİ
Cihazlar+
23.07.2024
Emil
Lenovo şirkəti öz yeni gaming noutbukunu təqdim edib. Şirkətin yeni gaming noutbuku Lenovo Legion R9000P 2024 adlanır. Bu yeni noutbuk AMD prosessoru və NVIDIA videokartı ilə seçilir. Beləliklə Lenovo Legion R9000P 2024 noutbuku 240 Hz-lik təsvir yenilənməsinə sahib 2.5K keyfiyyətli 16 düym ölçülü ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 3 millisaniyə təşkil edir. Üstəlik ekran NVIDIA G-SYNC, AMD FreeSync Premium, Dolby Vision texnologiyalarının dəstəklərinə və zərərli göy işığın aşağı səviyyədə olmasına dair TÜV Rheinland sertifikatına sahibdir.


Paylaş
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
