
Lenovo Legion Y700 (2025) gaming planşetinin əsas texniki imkanları rəsmi şəkildə açıqlanıb
Cihazlar+
23.04.2025
Emil
Lenovo şirkəti yaxın zamanda öz yeni gaming planşetini təqdim edəcək. Söhbət, 4-cü nəsil Lenovo Legion Y700 planşetindən gedir. İndi isə şirkət sözügedən planşetin əsas texniki imkanlarını rəsmi şəkildə açıqlayıb. Şirkət tərəfindən təqdim edilmiş posterdə yeni Lenovo Legion Y700 planşeti iPad mini ilə müqayisə edilib. Beləliklə məlumatda qeyd edilib ki, Lenovo Legion Y700 (2025) planşeti 8.8 düym ölçülü ekranla təchiz olunacaq. Planşet Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq və 12/16 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edəcək. Planşetin eni, 128.5 mm, hündürlüyü 207.58 mm, çəkisi isə 340 qram təşkil edəcək. Planşet özündə 68 vatt gücündə sürətli şarj texnologiyalı 7600 mAh enerji tutumlu batareyanı birləşdirəcək.

Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
