Logo
    main-post-cover

    Lenovo Legion Y7000 2024 gaming noutbuku təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    21.05.2024
    Emil
         Lenovo şirkəti Çində Legion Y7000 2024 adlı yeni gaming noutbukunu təqdim edib. Beləliklə Lenovo-nun Legion brendi altında təqdim edilmiş bu yeni noutbuku 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 15.6 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit təşkil edir və o, sRGB rəng diapazonunun 100%-ni əhatə edir. Üstəlik ekran NVIDIA G-Sync texnologiyasının dəstəyinə də sahibdir. Lenovo Legion Y7000 2024 Intel Core i7-13650HX prosessoru vasitəsilə çalışır və özündə 8 GB VRAM-lıq NVIDIA GeForce RTX 4060 videokartını birləşdirir.
         Noutbuk DDR5-4800 standartlı 24 GB RAM-ı və 512 GB-lıq SSD-ni əldə edib. Lenovo Legion Y7000 2024-də aktiv soyutma sistemindən istifadə edilir. Bu soyutma sistemi noutbukda iki ədəd pər şəklində reallaşdırılıb. Noutbuk özündə USB-C, USB 3.2 Gen 1, USB-C 3.2 Gen 2HDMI 2.1 girişlərini birləşdirir. USB-C girişi isə 140 vatt şarj gücünə sahibdir. Lenovo Legion Y7000 2024-ün Çində ön sifarişlərinə artıq start verilib. Onun qiyməti 967$ təşkil edir. Sözügedən gaming noutbukun digər regionlarda satılıb-satılmayacağı isə bilinmir.
    Paylaş