Logo
    main-post-cover

    Lenovo Legion Y9000K 2024 gaming noutbuku təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    21.02.2024
    Emil
         Lenovo şirkəti özünün Legion seriyasının çox bahalı satış qiymətinə sahib yeni gaming noutbukunu təqdim edib. Söhbət, Lenovo Legion Y9000K 2024 noutbukundan gedir. Bu noutbuk mini-LED ekranı, flaqman Intel prosessoru və NVIDIA videokartı ilə seçilir. Üstəlik onda maye soyutma sistemindən istifadə edilir. Beləliklə Lenovo Legion Y9000K 2024 noutbuku 165 Hz-lik təsvir yenilənməsinə sahib 3200x2000 piksel keyfiyyətli 16 düym mini-LED ekranla təchiz olunub.
         Ekranın maksimal parlaqlıq səviyyəsi 1200 nit təşkil edir və o, Adobe RGB DCI-P3 rəng diapazonlarının 100%-ni əhatə edir. Sözügedən noutbuk Intel Core i9-14900HX prosessoru vasitəsilə çalışır və özündə NVIDIA GeForce RTX 4090 videokartını birləşdirir. Bununla yanaşı noutbuk 64 GB-lıq RAM-a və 2 TB-lıq SSD-yə sahibdir. Onun batareya həcmi isə 99 vatt saat təşkil edir. Lenovo Legion Y9000K 2024-də 3 pərli maye soyutma sistemindən istifadə edilir.
         Lenovo bildirib ki, sözügedən soyutma sistemi 230 vatt-a kimi istiliyi aradan qaldıra bilər. Noutbukun qalınlığı 18.9 mm, çəkisi isə 2.56 kq təşkil edir. O özündə Type-C, HDMI 2.1, SD kart, Thunderbolt 4, EthernetUSB Type-A girişlərini birləşdirir. Lenovo Legion Y9000K 2024 artıq Çində satışa çıxıb və onun qiyməti 4295$ təşkil edir. Noutbukun digər ölkələrdə satılıb-satılmayacağı isə bilinmir.
    Paylaş