
Lenovo Legion Y9000P 2024 gaming noutbuku təqdim edilib - QİYMƏTİ
Lenovo şirkəti Çində özünün Legion seriyasının yeni gaming noutbukunu təqdim edib. Təqdim edilmiş yeni gaming noutbuku Legion Y9000P 2024 adını əldə edib. Beləliklə Legion Y9000P 2024 noutbuku 240 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli 16 düym ekranla təchiz olunub. Ekranın parlaqlıq səviyyəsi 500 nit təşkil edir və o, DCI-P3 və sRGB rəng diapazonlarının 100%-ni əhatə edir.
Bu noutbuk Intel Core i9-14900HX prosessoru vasitəsilə çalışır və özündə DDR5-5600 standartlı 16/32 GB RAM ilə 1 TB-lıq SSD-ni birləşdirir. Alıcılar sözügedən noutbukun 3 videokartdan birinə sahib versiyasını seçə bilərlər. Söhbət, NVIDIA GeForce RTX 4060, RTX 4070 və RTX 4090-dan gedir. Noutbuk həmçinin USB-A, HDMI 2.1, USB-C və Gigabit Ethernet girişlərinə sahibdir. Lenovo Legion Y9000P 2024-ün satış qiymətləri aşağıdakı kimi olacaq.
- 16 GB RAM-a və GeForce RTX 4060-a sahib model - 1387$
- 32 GB RAM-a və GeForce RTX 4060-a sahib model - 1459$
- 32 GB RAM-a və GeForce RTX 4070-a sahib model - 1613$
- 32 GB RAM-a və GeForce RTX 4090-a sahib model - 3368$.
Paylaş