Logo
    main-post-cover

    Lenovo MWC-də “AI Workmate” konseptini təqdim etdi

    Cihazlar+
    02.03.2026
    Ilhama
        Technote.az "The Verge” platformasına istinadən bildirir ki, Lenovo MWC sərgisində bir neçə yeni noutbuk konsepti və real məhsullarla yanaşı, iki süni intellekt əsaslı masaüstü köməkçi konseptini də təqdim edib. Şirkətin məqsədi ofis işçilərinin məhsuldarlığını artırmaq və eyni zamanda onlara fərqli bir “rəqəmsal yoldaş” təcrübəsi təqdim etməkdir.
    Lenovo AI Workmate Concept: el asistente con proyector que quiere  revolucionar la oficina | Teknófilo
        Lenovo-nun “AI Workmate Concept” adlandırdığı cihaz daim aktiv olan masaüstü köməkçi kimi təsvir edilir. Xarici görünüşcə o, fırlanan baza üzərində yerləşən kiçik robot qolu xatırladır. Qolun uc hissəsində isə ekrana bənzər oval modul yerləşir və burada ifadəli “gözlər” animasiya olunur. Cihaz yerli AI emalı vasitəsilə səsli əmrlərə və jestlərə reaksiya verir. İstifadəçi onu ağıllı assistent kimi idarə edə bilər. Bununla yanaşı, Workmate praktik biznes tapşırıqlarını da yerinə yetirə bilir.
        Ekranın altında yerləşən kamera vasitəsilə qeydlər və sənədlər skan olunur. Daha sonra sistem:
    • sənədlərin xülasəsini çıxarır,
    • ideyaları strukturlaşdırır,
    • avtomatik şəkildə təqdimat (presentation) hazırlaya bilir.
        Bundan əlavə, cihazda inteqrasiya olunmuş proyektor da mövcuddur. Bu proyektor sənədləri birbaşa masanın üzərinə və ya yaxınlıqdakı divara əks etdirə bilir ki, bu da kiçik ofis görüşləri üçün praktik həll sayılır. Lenovo-nun ikinci konsepti olan “AI Work Companion” isə fərqli yanaşma təqdim edir. Görünüşcə o, böyük ekranlı masaüstü saatı xatırladır. Lakin funksiyası daha genişdir.
        Bu cihaz istifadəçinin müxtəlif qurğularındakı tapşırıqları və cədvəlləri sinxronlaşdıraraq süni intellekt vasitəsilə balanslı gündəlik plan formalaşdırır. Sistem həmçinin ekran qarşısında keçirilən vaxtı izləyir və istifadəçiyə fasilə verməyi tövsiyə edir. Lenovo əvvəllər konsept olaraq təqdim etdiyi bəzi cihazları real məhsula çevirməyi bacarıb. Məsələn, genişlənə bilən ekranlı ThinkBook Plus modeli ötən il satışa çıxarılmışdı. Lakin şirkət hələlik bu iki AI masaüstü konseptinin kommersiya məhsuluna çevrilib-çevrilməyəcəyi barədə rəsmi açıqlama verməyib.
    Paylaş