
Lenovo-nun şəffaf ekranlı qeyri-adi noutbukunun yeni keyfiyyətli render fotosu təqdim edilib
Cihazlar+
16.02.2024
Emil
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Lenovo şirkəti bu ayın sonunda keçiriləcək MWC 2024 sərgisi çərçivəsində şəffaf və çərçivəsiz ekrana sahib noutbukunu təqdim edəcək. İndi isə insayderlər bu qeyri-adi noutbukun yeni keyfiyyətli render fotosunu təqdim ediblər. Təqdim edilmiş render fotodan da görmək olar ki, noutbuk sözün əsl mənasında tamamilə çərçivəsiz və şəffaf OLED ekrana sahib olacaq. Bununla yanaşı noutbuk sensorlu klaviaturanı və stilus vasitəsilə çalışmaq imkanını əldə edəcək. Lenovo-nun bu qeyri-adi noutbukunun texniki göstəriciləri məlum deyil. Məlum olan tək şey odur ki, noutbuk Windows 11 vasitəsilə çalışacaq.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
