Logo
    main-post-cover

    Lenovo-nun yeni gaming planşeti Geekbench testlərindən keçib

    Cihazlar+
    19.08.2024
    Emil
         Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Lenovo şirkəti öz yeni gaming planşetini təqdim etməyə hazırlaşır. Çox güman ki, söhbət, Lenovo Legion Y700 (2024) planşetindən gedir. İndi isə məlum olub ki, Lenovo-nun bu yeni gaming planşeti Geekbench testlərindən keçib. Geekbench sayəsində məlum olub ki, planşet TB321FU model nömrəsinə sahibdir və o, Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışır. Geekbench testlərindən planşetin 12 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench-in məlumatlar bazasında qeyd edilib ki, Lenovo Legion Y700 (2024) planşeti qutudan Android 14-ü əldə edəcək. Planşet Geekbench-in bir nüvəli testi çərçivəsində 2209 xal, çox nüvəli testi çərçivəsində isə 6509 xal toplayıb. Lenovo-nun yeni gaming planşetini nə zaman təqdim edəcəyi bilinmir.
    Paylaş