Logo
    main-post-cover

    Lenovo şirkəti gaming smartfonlar biznesindən ayrıldığını rəsmi şəkildə təsdiqləyib

    Cihazlar+
    29.03.2023
    Emil
        Bir neçə gün bundan öncə məlumat ortaya çıxmışdı ki, Lenovo şirkəti gaming smartfonlar biznesindən ayrılmaq qərarına gəlib və bu səbəbdən də şirkət artıq özünün Legion brendi altında bu cür smartfonları istehsal etmyəcək. İndi isə şirkət bu məlumatı rəsmi şəkildə təsdiqləyib. Şirkət bildirib ki, o, Legion brendi altında gaming smartfonlarının istehsalını dayandırsa da, bu istiqamətdə olan resurslarını digər məhsullarına yönəldəcək. Heç istisna deyil ki, şirkət bundan sonra daha çox gaming noutbuklarının istehsalı ilə məşğul olacaq. Qeyd etmək lazımdır ki, Lenovo-nun Legion brendi altında satışa çıxartmış olduğu son gaming smartfon Legion Y70 oldu. Sözügedən smartfon keçən ilin avqust ayında satışa çıxmışdı.
    Paylaş
    Bənzər xəbərlər