Logo
    main-post-cover

    Lenovo şirkəti hərəkətli ekrana sahib planşet üzərində çalışır

    Cihazlar+
    27.05.2024
    Emil
         Sammobile saytının vermiş olduğu məlumata əsasən Lenovo şirkəti gələn il hərəkətli ekrana sahib Android planşeti satışa çıxartmaq niyyətindədir. Məlumata əsasən planşet Samsung-un 13 düym ölçülü hərəkətli ekranını əldə edəcək və hərəkətli konstruksiya hesabına onun ölçüsünü 17 düym-ə kimi genişləndirmək mümkün olacaq. Qeyd etmək lazımdır ki, Samsung şirkəti bu cür ekran texnologiyasını ilk dəfə 2022-ci ildə sərgiləmişdi. Lenovo-nun hərəkətli ekrana sahib ilk cihazı planşet ilə noutbukun sintezi ola bilər.
         Cihaz adi vəziyyətdə 13 düym ölçülü ekrana sahib olacaq və adi planşet rolunda çıxış edəcək. Lakin ekran ölçüsünü 17 düym-ə qədər genişləndirəndən sonra cihaz artıq noutbuk rolunda çıxış edəcək. Ross Young adlı məşhur insayder isə öz növbəsində bildirib ki, Lenovo-nun bu cihazı noutbuk rejimində 18.1 düym ölçülü ekrana sahib olacaq. Beləliklə ya mənbələrdən biri ekran ölçüsü mövzusunda səhv məlumatı verib, ya da Lenovo planşeti iki ekran ölçüsündə satışa çıxaracaq. Hər halda bu cihazı yaxın zamanda gözləmək lazım deyil. Belə ki, o hələ hazırlanma mərhələsindədir.
    Paylaş