Logo
    main-post-cover

    Lenovo şirkəti Tab M11 planşetinin təqdimatına hazırlaşır

    Cihazlar+
    11.12.2023
    Emil
         Biz daha öncə xəbər vermişdik ki, Lenovo şirkəti Tab M11 planşeti üzərində çalışır. Görünür, sözügedən planşetin təqdimatı artıq çox yaxındır. Belə ki, Lenovo Tab M11 planşeti NBTC adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Bu isə o deməkdir ki, planşetin təqdimatı yaxın zamanda baş tutmalıdır. Sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında planşetin texniki göstəriciləri barəsində məlumat olmasa da daha öncəki məlumat sızıntılarına əsasən planşet 11 düym ekran, MediaTek Helio G88 prosessoru, 13 MP-lik arxa kamera və 6820 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Paylaş