
Lenovo, SteamOS vasitəsilə çalışa biləcək ilk portativ oyun konsolunu təqdim edə bilər
Cihazlar+
20.12.2024
Emil
Lenovo şirkəti gələn ayın 7-də ABŞ-da start götürəcək və 10 yanvar tarixinə kimi davam edəcək CES 2025 sərgisi çərçivəsində baş tutacaq tədbirini anons edib. Şirkətin 7 yanvar tarixində baş tutacaq tədbiri Lenovo Legion x AMD: The future of gaming handhelds adlanır. Adından da bəlli olduğu kimi bu tədbir çərçivəsində gələcəyin portativ oyun cihazlarını əks etdirəcək hansısa cihaz təqdim oluna bilər.
Maraqlısı ondadır ki, tədbirin qonaqlarından biri Steam Deck portativ oyun konsolunun və SteamOS əməliyyat sisteminin yaradıcısı Pierre-Loup Griffais olacaq. Digər bir maraqlı qonaq isə Microsoft-un oyun cihazları və Xbox ekosistemi üzrə vitse-prezidenti Jason Ronald olacaq. The Verge saytının vermiş olduğu məlumata əsasən keçiriləcək tədbir çərçivəsində Lenovo şirkəti SteamOS əməliyyat sistemi vasitəsilə çalışacaq ilk portativ oyun konsolunu təqdim edə bilər. O, Lenovo Legion Go-nun xüsusi versiyası qismində çıxış edə bilər.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
