
Lenovo Tab M10a 5G adlı yeni planşet üzərində çalışır
Cihazlar+
22.02.2024
Emil
Lenovo şirkətinin yeni planşet üzərində çalışdığı məlum olub. Belə ki, şirkətin Lenovo Tab M10a 5G adlı yeni planşeti Google Play Console-da ortaya çıxıb. Bunun sayəsində sözügedən yeni planşet barəsində bəzi təfərrüatlar məlum olub. Beləliklə Lenovo Tab M10a 5G planşeti 2000x1200 piksel keyfiyyətli ekranı əldə edəcək və çox güman ki, ya Snapdragon 690 ya da Snapdragon 695 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı planşet 4 GB RAM-ı və qutudan Android 13-ü əldə edəcək. Lenovo Tab M10a 5G-nin nə zaman təqdim olunacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
