main-post-cover

    Lenovo Tab M11 planşeti təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    09.01.2024
    Emil Nəcəfov
         Lenovo şirkəti bugün Las-Veqasda start götürmüş CES 2024 sərgisi çərçivəsində Tab M11 adlı yeni büdcəli planşetini təqdim edib. Beləliklə Lenovo Tab M11 planşeti 90 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1200 piksel keyfiyyətli 11 düym LCD ekranla təchiz olunub. Sözügedən planşet stereo səsgücləndiricilərə və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişə sahibdir. Planşet MediaTek Helio G88 prosessoru vasitəsilə çalışır və özündə 4/8 GB RAM ilə 64/128 GB (microSD dəstəkli) daxili yaddaş həcmini birləşdirir.
         Planşet həmçinin 8 MP-lik arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir. Qeyd etmək lazımdır ki, bəzi regionlarda Lenovo Tab M11-in 13 MP-lik arxa kameraya sahib versiyası satılacaq. Batareya həcminə gəldikdə isə planşet 15 vatt gücündə sürətli şarj texnologiyalı 7040 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Lenovo Tab M11 qutudan Android 13 vasitəsilə çalışır. Lakin şirkət bildirib ki, planşet üstəlik Android 14-ü və Android 15-i əldə edəcək. Lenovo Tab M11 aprel ayında satışa çıxacaq və onun qiyməti 179$-dan start götürəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Lenovo ekranı gövdəsindən ayrıla biləcək yeni noutbukunun təqdimatına hazırlaşır
    lenovo-ekrani-govdesinden-ayrila-bilecek-yeni-noutbukunun-teqdimatina-hazirlasir
    Lenovo yeni gaming noutbukunu təqdim etməyə hazırlaşır
    lenovo-yeni-gaming-noutbukunu-teqdim-etmeye-hazirlasir
    Samsung öz yeni monitorlarını anons edib
    samsung-oz-yeni-monitorlarini-anons-edib
    Lenovo şirkəti Tab M11 planşetinin təqdimatına hazırlaşır
    lenovo-sirketi-tab-m11-plansetinin-teqdimatina-hazirlasir
    Lenovo Legion R7000 adlı yeni gaming noutbuk təqdim edilib - QİYMƏTİ
    lenovo-legion-r7000-adli-yeni-gaming-noutbuk-teqdim-edilib-qiymeti