Logo
    main-post-cover

    Lenovo Tab P12 planşetinin yenilənmiş versiyasını hazırlayır

    Cihazlar+
    01.03.2024
    Emil
         Lenovo şirkəti keçən il Tab P12 adlı planşetini təqdim etmişdi. İndi isə şirkət onun yeni versiyasını hazırlayır. Lenovo Tab P12-nin yeni versiyası həm görünüş həm də toxunuş hissi baxımından kağızı xatırladan ekranı əldə edəcək. İnternetdə sözügedən yeni planşetin fotoları və texniki özəllikləri də ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumata əsasən yenilənmiş Lenovo Tab P12 planşeti 60 Hz-lik təsvir yenilənməsinə sahib 2944x1840 piksel keyfiyyətli 12.7 düym IPS ekranla təchiz olunacaq.
         Planşet MediaTek Dimensity 7050 prosessoru vasitəsilə çalışacaq və özündə 8 GB RAM ilə 128 GB daxili yaddaş həcmini birləşdirəcək. Kameralar mövzusunda Lenovo Tab P12 13 MP-lik arxa kameranı və 8 MP-lik ön kameranı əldə edəcək. Batareya həminə gəldikdə isə planşet 30 vatt gücündə sürətli şarj texnologiyalı 10 200 mAh enerji tutumlu batareyaya sahib olacaq. Lenovo Tab P12-nin nə zaman təqdim olunacağı bilinmir.
    Paylaş