
Lenovo ThinkBook Plus Gen 5 Hybrid noutbuku təqdim edilib - QİYMƏTİ
Cihazlar+
09.01.2024
Emil
Lenovo şirkəti CES 2024 sərgisi çərçivəsində ThinkBook Plus Gen 5 Hybrid adlı yeni hibrid noutbukunu təqdim edib. Sözügedən cihaz həm Windows noutbuk qismində həm də Android planşet qismində çalışa bilir. Faktiki olaraq bu, bir-birindən müstəqil olan iki cihazdır. Klaviatura hissəsi özündə Windows platformasını, sensorlu ekran panel isə özündə Android platformasını birləşdirir. Onları ayrı-ayrılıqda istifadə etmək mümkündür. Klaviatura hissəsinin daxilində Intel Core Ultra 7 prosessoru, inteqrasiya edilmiş Intel Arc qrafikası, 32 GB-a kimi RAM, 1 TB-a kimi SSD və 75 vatt saat həcmində batareya yerləşdirilib.

Bununla yanaşı klaviatura hissəsi özündə barmaq izi skanı ilə iki ədəd USB-C girişini birləşdirir. Bütün bunlar Windows 11 vasitəsilə çalışırlar. Ekranlı panelə gəldikdə isə o, 2.8K keyfiyyətli 14 düym OLED ekranla təchiz olunub və Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışır. Bununla yanaşı ekran paneli özündə 12 GB RAM-ı, 256 GB daxili yaddaş həcmini, 13 MP-lik arxa kameranı və 5 MP-lik ön kameranı birləşdirir. Ekran paneli Android 13 vasitəsilə çalışır. Lenovo ThinkBook Plus Gen 5 Hybrid noutbuku bu ilin ikinci rübündə 2000$ qiymətində satışa çıxacaq.


Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Acer Nitro 17 gaming noutbuku təqdim edilib
Acer şirkəti CES 2024 sərgisi çərçivəsində Nitro 17 adlı gaming noutbukunu təqdim edib.

Cihazlar+
Samsung Smart Monitor M80D adlı yeni monitor təqdim edilib
Samsung şirkəti CES 2024 sərgisi çərçivəsində Smart Monitor M80D adlı yeni monitorunu təqdim edib.

Cihazlar+
Lenovo Tab M11 planşeti təqdim edilib - QİYMƏTİ
Lenovo şirkəti bugün Las-Veqasda start götürmüş CES 2024 sərgisi çərçivəsində Tab M11 adlı yeni büdcəli planşetini təqdim edib.

Cihazlar+
Lenovo ekranı gövdəsindən ayrıla biləcək yeni noutbukunun təqdimatına hazırlaşır
9 yanvardan 12 yanvara kimi Las-Veqasda CES 2024 sərgisi keçiriləcək. Müxtəlif texnoloji şirkətlər sözügedən sərgidə iştirak etməyə hazırdırlar.

Cihazlar+
Lenovo yeni gaming noutbukunu təqdim etməyə hazırlaşır
Lenovo şirkəti yeni gaming noutbuk üzərində çalışdığını elan edib. Söhbət, Lenovo Legion Y7000P 2024-dən gedir.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
