
Lenovo ThinkCentre M90a Pro Gen 6 monobloku təqdim edilib - QİYMƏTİ
Cihazlar+
10.01.2025
Emil
Lenovo şirkəti yüksək performansa sahib ThinkCentre M90a Pro Gen 6 adlı yeni monoblokunu təqdim edib. Beləliklə bu yeni monoblok 120 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü çərçivəsiz ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir və o, sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Monoblok Intel Core Ultra 9 prosessoru vasitəsilə çalışır və özündə NVIDIA GeForce RTX 4050 videokartını birləşdirir. Bununla yanaşı o, DDR5 standartlı 64 GB-a kimi RAM və 3 TB-a kimi SSD ilə təchiz olunub. Monoblok USB4, USB 3.2 Gen 2 Type-C, USB 3.2 Gen 2 Type-A, USB 3.2 Gen 1 Type-A, DisplayPort 1.4, HDMI 2.1, Ethernet girişlərini əldə edib. Lenovo ThinkCentre M90a Pro Gen 6 bu ilin birinci rübündə satışa çıxacaq və onun qiyməti 2539$-dan start götürəcək.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
İki ədəd sensorlu ekrana sahib Lenovo Yoga Book 9i noutbuku təqdim edilib - QİYMƏTİ
Lenovo şirkəti yeni qeyri-adi noutbukunu təqdim edib. Söhbət, Lenovo Yoga Book 9i-dan gedir. Bu noutbukun qeyri-adiliyi ondan ibarətdir ki, o, iki ədəd sensorlu ekrana sahibdir.

Cihazlar+
Lenovo Legion Go 2-nin prototipi təqdim edilib
Lenovo şirkəti Lenovo Legion Go S portativ oyun konsolu ilə yanaşı Lenovo Legion Go 2-nin prototipini də təqdim edib. Beləliklə şirkət 2023-cü ildə təqdim edilmiş birinci nəsil Lenovo Legion Go-nun davamçısı üzərində çalışdığını təsdiqləyib

Cihazlar+
Lenovo Legion Pro 34W-10 gaming monitoru təqdim edilib - QİYMƏTİ
Lenovo şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Lenovo Legion Pro 34W-10 adlanır.

Cihazlar+
Lenovo Legion Glasses 2 eynəyi təqdim edilib
Lenovo şirkəti 2023-cü ildə Lenovo Legion Glasses eynəyini təqdim etmişdi. İndi isə şirkət Lenovo Legion Glasses 2 eynəyini təqdim edib.

Cihazlar+
Lenovo Legion Go S portativ oyun konsolu təqdim edilib - QİYMƏTİ
Lenovo 2023-cü ilin ikinci yarısında Lenovo Legion Go adlı portativ oyun konsolunu təqdim etmişdi. İndi isə şirkət onun sadələşdirilmiş versiyası olan Lenovo Legion Go S-i təqdim edib.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
