main-post-cover

    Lenovo ThinkPad S2 2024 noutbuku təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    24.04.2024
    Farid Pardashunas
         Lenovo şirkəti özünün ThinkPad noutbuk seriyasının yeni modelini təqdim edib. Şirkətin yeni noutbuku Lenovo ThinkPad S2 2024 adlanır. Sözügedən noutbuk iki versiyada təqdim olunub və onlar öz aralarında prosessor ilə fərqlənirlər. Beləliklə Lenovo ThinkPad S2 2024 noutbuku 1920x1200 piksel keyfiyyətli 13.3 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit təşkil edir və o, sRGB rəng diapazonunun 100%-ni əhatə edir. Noutbuk yüngül və dözümlü gövdəyə sahibdir. Onun gövdəsi MTL-STD-810H hərbi standartının tələblərinə cavab verir. Noutbukun çəkisi 1.26 kq, qalınlığı isə 17.23 mm təşkil edir. Xəbərin əvvəlində də qeyd edildiyi kimi Lenovo ThinkPad S2 2024 noutbuku iki versiyada təqdim olunub.
         Beləliklə birinci versiya Intel Core Ultra 5 125U prosessoru, ikinci versiya isə Intel Core Ultra 7 155U prosessoru vasitəsilə çalışır. Hər iki versiya LPDDR5 standartlı 16 GB RAM-ı və 1 TB-lıq SSD-ni əldə edib. Noutbukun batareya həcmi 46 vatt saat təşkil edir. O özündə Thunderbolt 4, USB-C, HDMI 2.1USB 3.2 Gen 1 girişlərini birləşdirir. Lenovo ThinkPad S2 2024 noutbuku 9 may tarixində Çində satışa çıxacaq. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir. Noutbukun Intel Core Ultra 5 125U prosessoruna sahib versiyası 965$-a, Intel Core Ultra 7 155U prosessoruna sahib versiyası isə 1103$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Lenovo Yoga Air 14 noutbuku təqdim edilib - QİYMƏTİ
    lenovo-yoga-air-14-noutbuku-teqdim-edilib-qiymeti
    Lenovo artıq Legion Go 2 portativ oyun konsolu üzərində çalışır
    lenovo-artiq-legion-go-2-portativ-oyun-konsolu-uzerinde-calisir
    Lenovo-nun Snapdragon X Elite prosessorlu yeni noutbuku Geekbench testlərindən keçib
    lenovo-nun-snapdragon-x-elite-prosessorlu-yeni-noutbuku-geekbench-testlerinden-kecib
    Lenovo Legion Y700 (2024) planşetini təqdim etməyə hazırlaşır
    lenovo-legion-y700-2024-plansetini-teqdim-etmeye-hazirlasir
    Lenovo Legion R7000P gaming noutbuku təqdim edilib - QİYMƏTİ
    lenovo-legion-r7000p-gaming-noutbuku-teqdim-edilib-qiymeti