main-post-cover

    Lenovo ThinkPad X1 Yoga 2024 noutbuku təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    13.05.2024
    Farid Pardashunas
         Lenovo şirkəti özünün ThinkPad noutbuk seriyasının yeni modelini təqdim edib. Şirkətin yeni noutbuku Lenovo ThinkPad X1 Yoga 2024 adlanır. Beləliklə sözügedən yeni noutbuk 120 Hz-lik təsvir yenilənməsinə sahib 2.8K keyfiyyətli 14 düym sensorlu OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir və o, DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edir. Ekran üstəlik Dolby Vision HDR True Black 500 texnologiyalarının dəstəklərinə sahibdir. Noutbukun ekranı həmçinin stilusla çalışma imkanını da dəstəkləyir.
         Lenovo ThinkPad X1 Yoga 2024-ün gövdəsi aviasiyada istifadə edilən alüminium ərintisindən hazırlanıb. Noutbukun qalınlığı 15.5 mm, çəkisi isə 1.35 kq təşkil edir. O həmçinin 360 dərəcə açıla da bilir. Lenovo ThinkPad X1 Yoga 2024 noutbuku Intel Core Ultra 7 155U prosessoru vasitəsilə çalışır və özündə LPDDR5X standartlı 32 GB-lıq RAM-ı, 1 TB-lıq SSD-ni və 57 vatt saat həcmli batareyanı birləşdirir. Noutbuk HDMI 2.1, Thunderbolt 4, USB-A girişlərinə və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişə sahibdir. Lenovo ThinkPad X1 Yoga 2024 yaxın zamanda Çində satışa çıxacaq və onun qiyməti 2213$ təşkil edəcək. Noutbukun digər regionlarda satılıb-satılmayacağı isə bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Lenovo YOGA 27 (2024) monobloku təqdim edilib - QİYMƏTİ
    lenovo-yoga-27-2024-monobloku-teqdim-edilib-qiymeti
    Lenovo ThinkPad S2 2024 noutbuku təqdim edilib - QİYMƏTİ
    lenovo-thinkpad-s2-2024-noutbuku-teqdim-edilib-qiymeti
    Lenovo Yoga Air 14 noutbuku təqdim edilib - QİYMƏTİ
    lenovo-yoga-air-14-noutbuku-teqdim-edilib-qiymeti
    Lenovo artıq Legion Go 2 portativ oyun konsolu üzərində çalışır
    lenovo-artiq-legion-go-2-portativ-oyun-konsolu-uzerinde-calisir
    Lenovo-nun Snapdragon X Elite prosessorlu yeni noutbuku Geekbench testlərindən keçib
    lenovo-nun-snapdragon-x-elite-prosessorlu-yeni-noutbuku-geekbench-testlerinden-kecib