Logo
    main-post-cover

    Lenovo ThinkVision P32pz-30 monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    31.01.2024
         Lenovo şirkəti özünün ThinkVision seriyasının yeni monitorunu təqdim edib. Təqdim edilmiş yeni monitor Lenovo ThinkVision P32pz-30 adını əldə edib. Beləliklə sözügedən yeni monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 31.5 düym mini-LED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1200 nit təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 98%-ni, Adobe RGB rəng diapazonunun isə 99%-ni əhatə edir. Monitor özündə HDMI 2.1, USB 4.0 Type-CDisplayPort 1.4 girişlərini birləşdirir. Qeyd etmək lazımdır ki, monitorun USB 4.0 Type-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 140 vatt çıxış gücünə sahibdir. Monitor artıq 2000 avro qiymətində satışa çıxıb.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Lenovo ThinkVision P32pz-30 monitoru təqdim edilib - QİYMƏTİ | Technote