
Lenovo ThinkVision T34WD-40 monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
23.06.2025
Emil
Lenovo şirkəti müxtəlif media kotentləri ilə işləmək üçün nəzərdə tutulmuş yeni ultrageniş monitorunu təqdim edib. Bu yeni monitor Lenovo ThinkVision T34WD-40 adlanır. Beləliklə bu yeni monitor 120 Hz-lik təsvir yenilənməsinə sahib 3440x1440 piksel keyfiyyətli 34 düym ölçülü VA ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 4 millisaniyə təşkil edir. Ekran 8 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4, USB-A və USB-C girişlərini birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 96 vatt çıxış gücünə sahibdir. Lenovo ThinkVision T34WD-40 artıq Çində satışa çıxıb və onun qiyməti 390$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

Azərbaycanda reklam bazarında innovativ inqilab: AdGo rəqəmsal platforması istifadəyə verildi!
