Logo
    main-post-cover

    Lenovo yaxın zamanda yeni gaming planşetinin təqdimatını təsdiqləyib

    Cihazlar+
    16.09.2024
    Emil
         Hələ keçən ay məlumat ortaya çıxdı ki, Lenovo şirkəti yeni gaming planşetini təqdim etməyə hazırlaşır. Bunun Lenovo Legion Y700 (2024) olacağı güman edilir. Bir neçə müddət bundan öncə isə insayderlər bildirmişdilər ki, şirkətin yeni gaming planşeti artıq oktyabr ayında təqdim oluna bilər. İndi isə Lenovo şirkəti rəsmi şəkildə təsdiqləyib ki, o, yaxın zamanda yeni gaming planşetini təqdim edəcək. Lakin şirkət planşetin necə adlanacağı və hansı texniki özəlliklərə sahib olacağı barəsində indidən bir məlumat verməyib. İnsayderlərin sözlərinə əsasən Lenovo Legion Y700 (2024) adlanacağı güman edilən yeni gaming planşet 8.8 düym ölçülü ekranla təchiz olunacaq və böyük ehtimalla Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq.
     
    Paylaş