
Lenovo yeni gaming noutbukunu təqdim etməyə hazırlaşır
Cihazlar+
20.12.2023
Emil
Lenovo şirkəti yeni gaming noutbuk üzərində çalışdığını elan edib. Söhbət, Lenovo Legion Y7000P 2024-dən gedir. Sözügedən noutbuk yaxın zamanda təqdim olunmalıdır. Şirkətin sözlərinə əsasən Lenovo Legion Y7000P 2024 innovasiyalı soyutma sisteminə sahib olacaq və həmin soyutma sistemi gaming noutbuklar sahəsinin etalonu hesab ediləcək. Lenovo-nun təqdim etmiş olduğu fotodan da görmək olar ki, Legion Y7000P 2024-ün arxa hissəsində isti havanın çıxışı üçün nəzərdə tutulmuş 3 böyük sahə mövcuddur.

Bu yeni gaming noutbukunun texniki göstəriciləri barəsində hələ heç bir məlumat yoxdur. Qeyd etmək lazımdır ki, Lenovo Legion Y7000P 2023 gaming noutbuku 165 Hz-lik təsvir yenilənməsinə sahib 2.5K keyfiyyətli 16 düym ekran ilə təchiz olunur və 13-cü nəsil Intel Core H seriyasının prosessoru vasitəsilə çalışır. Lenovo Legion Y7000P 2023 iki versiyada mövcuddur. Onlardan biri RTX 4050 videokartına, digəri isə RTX 4060 videokartına sahibdir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
