Logo
    main-post-cover

    Lenovo yeni gaming planşetinin xarici görünüşünü sərgiləyib

    Cihazlar+
    23.09.2024
    Emil
         Lenovo şirkəti bu ayın sonuna kimi yeni gaming planşetini təqdim etməlidir. Söhbət, Lenovo Legion Y700 (2024)-dən gedir. Keçən həftə şirkət rəsmi şəkildə açıqladı ki, bu yeni planşet 8.8 düym ölçülü ekrana sahib olacaq və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. İndi isə şirkət öz yeni gaming planşetinin xarici görünüşünü rəsmi şəkildə sərgiləyib. Lenovo tərəfindən təqdim edilmiş press-render fotolardan da görmək olar ki, planşet ikili arxa kameraya sahib olacaq və onun arxa panelində böyük ölçüdə Legion yazısı olacaq. Planşetin kənar hissələrində səsgücləndiricilər üçün nəzərdə tutulmuş sahələri görmək olar. Çox güman ki, səsgücləndiricilər Dolby Atmos dəstəyinə sahib olacaqlar.
    Paylaş