main-post-cover

    Lenovo YOGA 27 (2024) monobloku təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    25.04.2024
    Farid Pardashunas
         Lenovo şirkəti YOGA 27 (2024) adlı yeni monoblokunu təqdim edib. Şirkətin bu yeni monobloku öz texniki özəllikləri ilə diqqəti cəlb edir. Beləliklə Lenovo YOGA 27 (2024) monobloku 2560x1440 piksel keyfiyyətli 27 düym IPS ekranla təchiz olunub. Ekran sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 95%-ni əhatə edir. Monoblok AMD Ryzen 7 8845H prosessoru vasitəsilə çalışır və özündə 32 GB RAM ilə 1/2 TB-lıq SSD-ni birləşdirir. Monoblokun daha üst səviyyəli versiyası üstəlik NVIDIA GeForce RTX 4050 videokartına sahibdir.
         Fn+Q düymə kombinasiyası sayəsində istifadəçi Lenovo YOGA 27 (2024)-də 3 performans rejimi arasında keçid edə bilər. Söhbət, sakit, balanslaşdırılmış və maksimal performans rejimlərindən gedir. Lenovo-nun bu yeni monobloku özündə USB 3.2 Gen 2 Type-A, USB 2.0 Type-A, USB 3.2 Gen 2 Type-С, Ethernet, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Monoblokun konstruksiyası onun hündürlüyü ilə əyilmə bucağının ayarlanmasını mümkün edir. Lenovo YOGA 27 (2024) artıq Çin bazarında satışa çıxıb. 1 TB yaddaşa sahib versiya 1105$-a, 2 TB yaddaşa və GeForce RTX 4050 videokartına sahib versiya isə 1656$-a satılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Lenovo ThinkPad S2 2024 noutbuku təqdim edilib - QİYMƏTİ
    lenovo-thinkpad-s2-2024-noutbuku-teqdim-edilib-qiymeti
    Lenovo Yoga Air 14 noutbuku təqdim edilib - QİYMƏTİ
    lenovo-yoga-air-14-noutbuku-teqdim-edilib-qiymeti
    Lenovo artıq Legion Go 2 portativ oyun konsolu üzərində çalışır
    lenovo-artiq-legion-go-2-portativ-oyun-konsolu-uzerinde-calisir
    Lenovo-nun Snapdragon X Elite prosessorlu yeni noutbuku Geekbench testlərindən keçib
    lenovo-nun-snapdragon-x-elite-prosessorlu-yeni-noutbuku-geekbench-testlerinden-kecib
    Lenovo Legion Y700 (2024) planşetini təqdim etməyə hazırlaşır
    lenovo-legion-y700-2024-plansetini-teqdim-etmeye-hazirlasir