
Lenovo Yoga Air 14 noutbuku təqdim edilib - QİYMƏTİ
Cihazlar+
18.04.2024
Farid
Lenovo şirkəti özünün Yoga adlı noutbuk seriyasının yeni modelini təqdim edib. Təqdim edilmiş yeni noutbuk Lenovo Yoga Air 14 adlanır. Beləliklə Lenovo Yoga Air 14 noutbuku 120 Hz-lik təsvir yenilənməsinə sahib 2.8K keyfiyyətli 14 düym ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir və o, DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edir. Noutbuk 16 nüvəli Intel Core Ultra 7 155H prosessoru vasitəsilə çalışır və özündə LPDDR5X-7467 standartlı 32 GB RAM ilə 1 TB-lıq SSD-ni birləşdirir. Intel Core Ultra 7 155H-ə inteqrasiya edilmiş neyron çipi bu noutbukda süni zəka ilə bağlı əməliyyatların yerinə yetirilməsi üçün istifadə edilir. Lenovo Yoga Air 14 noutbuku Thunderbolt, HDMI 2.1, USB Type-A 3.2 Gen 1 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. Noutbukun çəkisi 1.4 kq, qalınlığı isə 14.9 mm təşkil edir. Lenovo Yoga Air 14 artıq satışa çıxıb və onun qiyməti 1174$ təşkil edir.

Paylaş
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
