
Media kontenlərlə çalışmaq üçün nəzərdə tutulmuş ASUS ProArt PA34VCNV monitoru təqdim olunub - QİYMƏTİ
Cihazlar+
10.05.2024
Sabina
ASUS şirkəti media kontentlərlə çalışmaq üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru ASUS ProArt PA34VCNV adlanır. Beləliklə ASUS-un bu yeni monitoru 3440x1440 piksel keyfiyyətli 34.1 düym IPS ekranla təchiz olunub. Ekran bir qədər əyilmiş dizaynda hazırlanıb. Onun maksimal parlaqlıq səviyyəsi 300 nit təşkil edir. Bununla yanaşı ekran HDR10 dəstəyinə də sahibdir. Ekran sRGB rəng diapazonunun 100%-ni əhatə edir. Monitor özündə HDMI, USB-A, USB-C və DisplayPort girişlərini birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 96 vatt çıxış gücünə sahibdir. ASUS ProArt PA34VCNV artıq Çində satışa çıxıb və onun qiyməti 530$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
