Məşhur insayder Galaxy S22-nin real fotosunu təqdim edib
Cihazlar+
13.12.2021
Farid Pardashunas
Ice Universe ləqəbli məşhur insayder Weibo sosial şəbəkəsindəki hesabında Galaxy S22 smartfon modelinin real fotosunu paylaşıb. Fotonun təsvirində insayder qeyd edib ki, bu, Galaxy S22 seriyasının standart versiyalı modelidir. Beləliklə təqdim edilmiş fotodan da görmək olar ki, arxa panel cəhətdən Galaxy S22 modeli bu ilki Galaxy S21-i xatırladacaq. Smartfon həmçinin üçlü arxa kamera sistemini əldə edəcək. Qeyd etmək lazımdır ki, Galaxy S21 modelinin arxa kameraları bir qədər gövdə daxilinə inteqrasiya ediliblər.
Lakin Galaxy S22 modelində arxa kamera obyektivləri gövdə üzərində bir qədər daha hündür şəkildə quraşdırılıblar. Məlumata əsasən Galaxy S22 modeli Galaxy S21-ə oxşadığı kimi Galaxy S22+ modeli də də Galaxy 21+ modelinə bənzəyəcək. Əvvəlki məlumat sızıntılarında qeyd edilmişdi ki, Galaxy S22 seriyasına daxil olacaq smartfonlar daha kompakt ölçüdə olacaqlar və onların kameraları daha təkmilləşdirilmiş olacaq. Galaxy S22 smartfon seriyası gələn ilin əvvəlində təqdim olunacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)