main-post-cover

    Məşhur insayder Google Pixel Fold 2-nin yeni keyfiyyətli render fotolarını təqdim edib

    Cihazlar+
    22.02.2024
    Farid Pardashunas
         OnLeaks ləqəbli məşhur insayder Smartprix saytı ilə birlikdə qatlana bilən Google Pixel Fold 2 smartfonunun keyfiyyətli render fotolarını təqdim edib. Beləliklə təqdim edilmiş render fotolardan da görmək olar ki, Google Pixel Fold 2 smartfonu düz bucaqlara sahib gövdəni əldə edəcək. Məlumatda qeyd edilib ki, smartfonun ölçüləri 155.2x150.2x5.27 mm təşkil edəcək. Smartfonu keçən ilki Google Pixel Fold-dan xarici görünüşcə fərqləndirəcək əsas özəllik yeni arxa kamera dizaynı olacaq. Arxa kamera sahəsi özündə 3 ədəd obyektivi və LED işıqlandırmanı birləşdirəcək.
         Bununla yanaşı smartfon iki ədəd ön kameranı əldə edəcək. Onlardan biri xarici ekran üzərində, digəri isə daxili ekranın alt hissəsində yerləşəcək. Məlumatda qeyd edilib ki, Google Pixel Fold 2 modelinin daxili ekranı 7.9 düym, xarici ekranı isə 6.4 düym təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki Pixel Fold modelinin daxili ekranı 7.6 düym, xarici ekranı isə 5.8 düym təşkil edir. Bununla yanaşı Pixel Fold 2-nin Tensor G4 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Çox güman ki, Pixel Fold 2 smartfonu payız fəslində Pixel 9 smartfon seriyası ilə birgə təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Gemini 1.5 reallığa bənzəyən videonun neyron şəbəkəsi tərəfindən tərtib olunduğunu təyin edə bilib
    google-gemini-15-realliga-benzeyen-videonun-neyron-sebekesi-terefinden-tertib-olundugunu-teyin-ede-bilib
    Android 15-də istifadəçi hesablarının oğurlanmasından qorunma funksiyası olacaq
    android-15-de-istifadeci-hesablarinin-ogurlanmasindan-qorunma-funksiyasi-olacaq
    Google Gemini çat-botunu Chrome brauzerinə inteqrasiya edəcək
    google-gemini-cat-botunu-chrome-brauzerine-inteqrasiya-edecek
    Google Chrome-da hakerlərdən yeni qorunma üsulu istifadəyə veriləcək
    google-chrome-da-hakerlerden-yeni-qorunma-usulu-istifadeye-verilecek
    Android 15-in tərtibatçılar üçün nəzərdə tutulmuş ilk versiyası istifadəyə verilib
    android-15-in-tertibatcilar-ucun-nezerde-tutulmus-ilk-versiyasi-istifadeye-verilib