
Məşhur insayder Honor 90 Pro barəsində məlumatlar verib
Digital Chat Station ləqəbli məşhur insayder Honor şirkətinin Honor 90 Pro adlı flaqman smartfonu barəsində bəzi məlumatları təqdim edib. Beləliklə insayderin sözlərinə əsaəsn Honor 90 Pro smartfonu Honor 80 Pro-nun sahib olduğu prosessor vasitəsilə çalışacaq. Yəni söhbət, Snapdragon 8+ Gen 2-dən gedir. Honor 90 Pro həmçinin OLED ekran ilə təchiz olunacaq və onun kənar hissələri əyilmiş dizaynda reallaşdırılacaq. Smartfon özündə üçlü arxa kameranı birləşdirəcək və onlardan ən əsası Samsung istehsalı olacaq. Çox güman ki, Honor 90 Pro Samsung istehsalı olan 160 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Honor 80 Pro-da məhz bu kameradan istifadə edilir. Smartfon barəsində digər bir məlumat verilməyib. Gözləntilərə əsasən Honor 90 smartfon seriyası gələn ay təqdim ediləcək.
Paylaş
Bənzər xəbərlər