main-post-cover

    Məşhur insayder OPPO Find X7 barəsində yeni məlumatlar verib

    Cihazlar+
    05.12.2023
    Emil Nəcəfov
         OPPO şirkəti yaxın zamanda OPPO Find X7 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya minimum iki model daxil olacaq. Söhbət, OPPO Find X7 və Find X7 Pro-dan gedir. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder adi OPPO Find X7 modeli barəsində bəzi yeni məlumatları təqdim edib. Onun sözlərinə əsasən smartfon BOE X1 və ya Samsung E7 ekranını əldə edə bilər. Sözügedən ekranların özəllikləri demək olar eynidirlər.
         Hər iki ekran 2K keyfiyyətindədir və onların kənar hissələri əyilmiş dizaynda reallaşdırılıb. Bununla yanaşı insayder bildirib ki, OPPO Find X7 modeli 3 qat optik zoom özəlliyinə sahib teleobyektivi əldə edəcək. Digər insayderlərin sözlərinə əsasən sözügedən smartfon üçlü arxa kamera ilə təchiz olunacaq və onlardan hər biri 50 MP-lik olacaq. Smartfonun MediaTek Dimensity 9300 prosessoru vasitəsilə çalışacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OPPO Find X7 Pro-nun yeni real fotoları ortaya çıxıb
    oppo-find-x7-pro-nun-yeni-real-fotolari-ortaya-cixib
    OPPO Reno 11-in qlobal versiyasının hansı prosessoru əldə edəcəyi məlum olub
    oppo-reno-11-in-qlobal-versiyasinin-hansi-prosessoru-elde-edeceyi-melum-olub
    OPPO Pad Air 2 planşeti təqdim edilib - QİYMƏTİ
    oppo-pad-air-2-planseti-teqdim-edilib-qiymeti
    OPPO Reno 11 və Reno 11 Pro təqdim olunub - QİYMƏTİ
    oppo-reno-11-ve-reno-11-pro-teqdim-olunub-qiymeti
    OPPO Pad Air 2 planşetinin satış qiymətləri məlum olub
    oppo-pad-air-2-plansetinin-satis-qiymetleri-melum-olub