
Məşhur insayder OPPO Fİnd X7-in kamera göstəricilərini açıqlayıb
Cihazlar+
12.12.2023
Emil
Digital Chat Station ləqəbli məşhur insayder təqdimata hazırlaşan OPPO Find X7 smartfon seriyasına daxil olacaq adi OPPO Find X7-nin kameraları barəsində məlumat verib. Beləliklə insayderin sözlərinə əsasən OPPO Find X7 smartfonu Sony LYT-808 adlı 50 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, keçən həftə təqdim edilmiş OnePlus 12-də də məhz bu kameradan istifadə edilir. OPPO Find X7-də Sony LYT-808 ilə yanaşı 50 MP-lik ultra geniş bucaqlı kamera və 64 MP-lik periskop kamera istifadə ediləcək. OPPO Find X7 smartfon seriyasının gələn ay təqdim olunacağı gözlənilir. Bu seriyaya daxil olacaq modellərdən biri isə MediaTek Dimensity 9300 prosessoru vasitəsilə çalışmalıdır.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
