Logo
    main-post-cover

    Məşhur insayder qatlana bilən OnePlus Open 2 smartfonu barəsində yeni təfərrüatları təqdim edib

    Cihazlar+
    26.12.2024
    Emil
         Heç şübhəsiz OnePlus şirkəti hal-hazırda OnePlus Open 2 adlı yeni qatlana bilən smartfonu üzərində çalışır. Bu smartfon qatlana bilən OPPO Find N5 smartfonunun qlobal bazar üçün nəzərdə tutulmuş versiyası olmalıdır. Qeyd etmək lazımdır ki, OPPO Find N5 də hələ təqdim olunmayıb. Bu iki qatlana bilən smarttonun 2025-ci ilin birinci yarısında təqdim olunacağı gözlənilir. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder OnePlus Open 2 barəsində bəzi məlumatları təqdim edib.
         Beləliklə onun sözlərinə əsasən OnePlus Open 2-nin gövdəsi daha nazik və yüngül olacaq. Qeyd etmək lazımdır ki, birinci nəsil OnePlus Open-in gövdə qalınlığı tam açıq vəziyyətdə 5.8 mm, qatlanmış vəziyyətdə isə 11.7 mm təşkil edir. Bundan əlavə olaraq insayder bildirib ki, smartfonun gövdəsi IPX8 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaq. Smartfon özündə 50 MP-lik periskop telekameranı və sürətli naqilsiz şarj texnologiyasının dəstəyini birləşdirəcək. Birinci nəsil OnePlus Open smartfonunda sürətli naqilsiz şarj texnologiyasının dəstəyi yoxdur. Çox güman ki, OnePlus Open 2 smartfonu Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq.
    Paylaş