Məşhur insayder: Samsung şirkəti Galaxy Note seriyasından imtina edib

Məşhur insayder: Samsung şirkəti Galaxy Note seriyasından imtina edib

Mobil Cihazlar
21.01.2021 PAYLAŞIM

    Son bir neçə ay ərzində Samsung şirkətinin Galaxy Note seriyasında imtina etməsi barədə ziddiyyətli məlumatlar ortada gəzir. İndi isə Ice Universe ləqəbli məşhur insayder öz Twitter hesabında Galaxy Note seriyası ilə bağlı qısa və konkret məlumat paylaşıb. Bu barədə 4pda saytı xəbər verib. İnsayder bildirib ki, bu il yeni Galaxy Note smartfonlarını gözləmək lazım deyil.

    S Pen stilus dəstəyini əldə etmiş Galaxy S21 Ultra smartfon modelinin təqdim olunması bu məlumatı təsdiqləyir. Məlumata əsasən Galaxy Note seriyasından imtina etməklə Samsung öz əsas diqqətini qatlana bilən smartfonlarının təkmilləşdirilməsinə ayıracaq. Beləliklə bu il 2 yox 3 qatlana bilən smartfon modelinin təqdim olunacağı gözlənilir: Galaxy Z Flip 3, Galaxy Z Fold 3 və büdcəli Galaxy Z Fold FE. Məlumata əsasən şirkət həmçinin Galaxy S21 FE modelinin də təqdim olunmasını planlaşdırır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik iPhone 13 ilə qatlana bilən iPhone barəsində yeni məlumatlar ver..

Məşhur analitik Ming-Chi Kuo növbəti nəsil iPhone modellərində olacaq dizayn dəyişikliklərindən danı..


Xiaomi-nin qatlana bilən smartfonu təqdim olunmağa hazırlaşır

Xiaomi-nin çoxdan gözlənilən qatlana bilən smartfonu barəsində yeni məlumatlar ortaya çıxıb...


Redmi K40 smartfon seriyası təqdim olunub - QİYMƏTİ

Xiaomi-nin Redmi brendi özünün yeni Redmi K40 smartfon seriyasını təqdim edib. Təqdim edilmiş seriya..


Qatlana bilən Huawei Mate X2-nin ana platası iPhone 12 Pro Max-dan daha bahadır..

Bir neçə gün bundan öncə təqdim edilmiş qatlana bilən Huawei Mate X2 smartfonu demək olar 3000$-a sa..


Xiaomi Mi 11 Lite smartfonunun real fotoları ortaya çıxıb

Xiaomi Mi 11 flaqman smartfonunun təqdim olunmasından sonra insayderlər onun sadələşdirilmiş modeli ..


Samsung öz smartfonları üçün təhlükəsizlik yenilənmələrinin dəstək müddətini uza..

Hələ keçən il Samsung bildirmişdi ki, o, 3 il ərzində öz smartfonları üçün təhlükəsizlik yenilənmələ..

×