
Meta idmançılar üçün ağıllı eynəyini təqdim edib (VİDEO) - QİYMƏTİ
Cihazlar+
21.06.2025
Emil
Meta şirkəti tanınmış idman eynəkləri istehsalçısı Oakley ilə tərəfdaşlıq çərçivəsində HSTN adlı ağıllı eynəyini təqdim edib. Meta-nın Ray-Ban eynəklərində olduğu kimi, bu yenilik də ön kamera, eləcə də çərçivəyə inteqrasiya olunmuş səsgücləndiricilər və mikrofonlarla təchiz olunub. Smartfona qoşulduqdan sonra bu eynək vasitəsilə musiqi və ya podkast dinləmək, həmçinin telefon zəngləri etmək mümkündür. Ağıllı cihaz həmçinin real vaxtda nitqi tərcümə edə və ətrafdakı obyektlər haqqında məlumat göstərə bilir. Oakley-in nüfuzunu nəzərə alaraq, yeni eynək idman aksesuarı kimi təqdim olunur.
Onun gövdəsi IPX4 standartı üzrə suya davamlıdır və Meta Ray-Ban ilə müqayisədə 2 dəfə artıq enerji sərfiyyatına dözümlüdür. Tam şarjdan sonra eynək 8 saata qədər çalışa bilir, şarj keysi isə bu müddəti 48 saata qədər uzatmağa imkan verir. Eynəyə quraşdırılmış kamera 3K keyfiyyətində videolar çəkir, bu da Meta Ray-Ban modellərindəki 1080p ilə müqayisədə daha yüksək keyfiyyət deməkdir. Yeni ağıllı eynək seriyası Oakley-in 5 fərqli çərçivə və linza variantında təqdim olunur. Çərçivə rəngləri isti boz, qara, tüstülü qəhvəyi və şəffafdır. Məhdud sayda buraxılan model isə qızılı detallara və Oakley PRIZM qızılı linzalarına malikdir.

Eynək ABŞ, Kanada, Böyük Britaniya, İrlandiya, Fransa, İtaliya, İspaniya, Avstriya, Belçika, Avstraliya, Almaniya, İsveç, Norveç, Finlandiya və Danimarkada satışa çıxarılacaq. Eynək 11 iyul tarixində məhdud sayda satışa çıxacaq və onun qiyməti 499$ təşkil edəcək. HSTN ağıllı eynəyinin digər variantları isə 399$ dəyərində qiymətləndirilir və bu yay ərzində satışa çıxarılması planlaşdırılır. Meta bir müddət əvvəl Ray-Ban, Oakley və digər eynək markalarının ana şirkəti olan EssilorLuxottica ilə çoxillik əməkdaşlıq müqaviləsi imzaladı. Bu günə qədər Meta Ray-Ban ağıllı eynəklərindən 2 milyondan çox satılıb və tərəfdaşlar 2026-cı ildən etibarən hər il 10 milyon ağıllı eynək satmağı planlaşdırırlar.
Paylaş
Ən çox oxunanlar

Azercell gənclər üçün “DataMinds” bootcamp layihəsinə start verir
