Logo
    main-post-cover

    Moto G54 smartfonunun yeni render fotoları təqdim edilib

    Cihazlar+
    18.08.2023
    Emil
        Biz artıq dəfələrlə məlumat vermişik ki, Motorola şirkəti Moto G seriyasının yeni modeli olacaq Moto G54 smartfonu üzərində çalışır. İndi isə internetdə sözügedən smartfonun yeni render fotoları ortaya çıxıb. Render fotolardan da görmək olar ki, smartfon yastı ekranı və ekranın yuxarı mərkəz hissəsinə yerləşdirilmiş kiçik dairəvi çıxıntını əldə edəcək. Son məlumat sızıntılarına əsasən Moto G54 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.5 düym ekran, 6/8 GB RAM, 256 GB daxili yaddaş həcmi, 50 MP-lik əsas arxa kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Moto G54-ün bu ayın sonuna kimi və ya gələn ay təqdim olunacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər