main-post-cover

    Motorola brendi Xiaomi Mi Mix Alpha tərzində olacaq smartfon üzərində çalışır

    Cihazlar+
    11.01.2022
    Farid Pardashunas
        2019-cu ildə təqdim edilmiş konseptual Xiaomi Mi Mix Alpha smartfonu, bütün gövdəsi ekran ilə əhatə edilmiş yeganə smartfon modeli hesab edilir. Belə ki, sözügedən smartfonun ekranı ön paneli, kənar hissələri və arxa paneli əhatə edir. Ortaya çıxmış yeni məlumata əsasən Motorola brendi də buna bənzər smartfon üzərində çalışır. Lenovo Group şirkətinin tərkibinə daxil olan Motorola brendi bütün gövdəsi ekran ilə əhatə edilmiş smartfonu patentləşdirib. Patentdəki məlumatlar əsasında isə Let’s Go Digital saytı Motorola brendinin bu cür smartfon modelinin mümkün render fotolarını hazırlayıb. 
        Hazırlanmış render fotolardan da görmək olar ki, smartfon ekranının yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bundan əlavə olaraq smartfon bir ədəd fiziki düyməyə sahibdir. Söhbət, yandırıb/söndürmə düyməsindən gedir. Çox güman ki, səsin tənzimlənməsindən sensorlu düymələr cavabdehdirlər. Bu cür düymələri biz bir neçə il bundan öncə Huawei Mate 30 Pro smartfonunda görmüşdük.
        Maraqlısı ondadır ki, Let’s Go Digital saytının dizaynerləri render fotolarda smartfonun arxa panelini sərgiləməyiblər. Yəni smartfonun arxa kameraları barəsində heç bir məlumat yoxdur. Motorola brendinin bu cür smartfon modelinin nə zaman təqdim olunacağı barəsində məlumat yoxdur. Qeyd etmək lazımdır ki, 2019-cu ildə Xiaomi şirkəti Mi Mix Alpha-nı təqdim edən zaman bildirmişdi ki, smartfon 2800$-a satılacaq. Lakin nəticədə smartfon satışa çıxmadı və konseptual olaraq qaldı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər