Motorola Edge 40 smartfonu təqdim olunub - QİYMƏTİ

Motorola Edge 40 smartfonu təqdim olunub - QİYMƏTİ

Mobil Cihazlar
04.05.2023 PAYLAŞIM

    Motorola şirkəti keçən ayın əvvəlində Motorola Edge 40 Pro flaqman smartfonunu təqdim etmişdi. İndi isə şirkət adi Motorola Edge 40 smartfonunu təqdim edib. Beləliklə Motorola Edge 40 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.55 düym OLED ekran ilə təchiz olunub. Ekranın kənar hissələri əyilmiş tərzdə reallaşdırılıb və onun yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Ekranın maksimal parlaqlıq səviyyəsi isə 1200 nit təşkil edir.


    Motorola Edge 40-ın gövdəsi IP68 standartı üzrə sudan qorunur və özündə stereo səsgücləndiricilər ilə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Əsas texniki göstəricilər baxımından smartfon MediaTek Dimensity 8020 prosessoru, 8 GB RAM, 256 GB  daxili yaddaş həcmi, 50 MP + 13 MP ikili arxa kamera, 32 MP-lik ön kamera və 68 vatt gücündə sürətli şarj texnologiyalı 4400 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Motorola Edge 40 artıq Avropa bazarında satışa çıxıb və 600 avroya satılır.



DAHA ÇOX


AnTuTu istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonla..

AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reyt..


Xiaomi 13 Ultra-nın qlobal versiyasının satış tarixi ilə qiyməti məlum olub..

Xiaomi şirkəti aprel ayında Xiaomi 13 Ultra flaqman smartfonunu Çin bazarında təqdim etmişdi.


Xiaomi qatlana bilən qapaqlı smartfon üzərində çalışır

Çindən olan şirkətlər artıq müəyyən müddətdir ki, özlərinin qatlana bilən smartfonlarını istehsal ed..


Büdcəli Redmi 12 smartfonunun bəzi texniki özəllikləri təsdiqlənib

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi Avropa bazarında Red..


Samsung Galaxy F54 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Samsung şirkəti daha öncədən də söz verdiyi kimi bugün Hindistanda Galaxy F54 5G smartfonunu təqdim ..


Orta büdcəli OnePlus Nord N30 5G təqdim edilib - QİYMƏTİ

OnePlus şirkəti Nord seriyasının yeni modelini təqdim edib. Söhbət, OnePlus Nord N30 5G-dən gedir...

×